ADB şəhər maliyyələşdirilməsinin çatışmazlığı səbəbindən dünya əhalisinin yarısı üçün risklər barədə xəbərdarlıq edib
Siyasət
225
19:10, Bu gün

ADB şəhər maliyyələşdirilməsinin çatışmazlığı səbəbindən dünya əhalisinin yarısı üçün risklər barədə xəbərdarlıq edib

Şəhərlərin qeyri-kafi maliyyələşdirilməsi dünya əhalisinin yarısının inkişafını təhlükə altına alır.

Moderator.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Şəhər inkişafı şöbəsinin direktoru Srinivas Sampat Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Maliyyə baxımından cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşdirməni necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.

"Asiya ÜDM-nin 75 %-i şəhərlərin payına düşür, qarşıdakı iki onillikdə isə planetin bütün şəhər əhalisinin yarısı Asiya-Sakit okean regionunda yaşayacaq. Şəhər aqlomerasiyalarına kifayət qədər vəsait axınını təmin etmədən biz faktiki olaraq dünya əhalisinin 50 %-nin inkişafını ləngidəcəyik", - o vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər