Əraqçi Nyu-Yorka dəvət olunub
Siyasət
214
16:55, Bu gün

Əraqçi Nyu-Yorka dəvət olunub

İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka dəvət olunub.

Moderator.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasının keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi də sözügedən iclasa dəvət olunub.

Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının açıq iclasının mayın 26-da keçirilməsi nəzərdə tutulur. Əraqçinin iclasda iştirakının sıx iş qrafiki səbəbindən hələlik dəqiqləşmədiyi qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər