Bizi sosial şəbəkələrdən izləyin:
"Gələcəyin bizə nə verdiyini bilə bilmərik, amma bugünkü problemləri bilirik".
Moderator.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində deyib.
O bildirib ki, insanlar iqlim dəyişiklikləri, məcburi köçkünlük, münaqişələr və dağıntılardan əziyyət çəkir:
"Bir milyarddan çox insan yaxşı vəziyyətdə yaşamır. Suya, təhsilə çıxışı yoxdur. Bu insanların böyük əksəriyyətinin şəhərlərdə yaşayacağı dünyadır. Elə şəhərlər ki, daha çox insan küçələrdə yaşayacaq. Getdikdə bərbərsizlik yaranacaq. Onminlərlə insanın Bakıda olması təsadüfü deyil. Məqsədimiz mühüm suala cavab tapmaqdır. Qeyri-sabitlik dövründə insanlar üçün mənzilləri necə təmin etmək olar. Son günlər Bakıdakı güclü yağış və tufanlara baxmayaraq biz burada ortaq dəyərlər üçün bir araya gəlmişik. Komanda halında işi, sürətli reaksiyaları görürük. Maraq səviyyəsi yüksəkdir. Heç bir forum indiyə qədər belə qlobal, çox insanı bir araya gətirməmişdi. Bu isə ortaq mənzil və şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayandığını göstərir".
A.Rossbax vurğulayıb ki, regionlar bu istiqamətlərdə müxtəlif layihələr həyata keçirirlər:
"Biz qəbul edirik ki, mənzil böhranı insan hüquqları böhranıdır. Şəhərlərimizin gələcəyi inklüzivlikdədir. İqlim və mənzil siyasəti ayrılıqda müzakirə oluna bilər. İnanırıq ki, mənzil siyasəti qlobal fəaliyyətin mərkəzində yer almalıdır. Biz bir-birimizi dinləməliyik və icra etməliyik. Bakı bu ilin iyul ayında keçiriləcək Baş Assambleyanın yüksəksəviyyəli iclasına aydın mesaj göndərib: "Biz mənzil böhranını sadəcə tanınmaqdan çıxararaq dayanıqlı inkişaf məqsədlərinə investisiyalar yatırmalıyıq". Sonda isə WUF13-ə ev sahibliyi etdiyi üçün Azərbaycan təşəkkür edirəm".
Daha sonra o, sessiyanı rəsmi olaraq açıq elan edib.