Bizi sosial şəbəkələrdən izləyin:
“Ermənistandakı prosesləri yaxından izləyirik”.
Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:
O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:
“İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər Ermənistan üçün olduqca önəmlidir. Hökumət formalaşmalıdır. Gərgin mübarizə gedir. Bu mübarizədə müxtəlif qüvvələr müxtəlif alətlərdən istifadə edirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələri arasında Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var. Onlar bunu seçkiqabağı proseslərdə də açıq şəkildə büruzə verirlər. Biz başa düşürük ki, bunun Ermənistan üçün müsbət nəticəsi ola bilməz. Güman edirik ki, Ermənistan seçicisi də bunu düzgün qiymətləndirəcək. Prosesləri diqqətlə izləyirik. Bu və digər qrupların çıxışlarını nəzərdə keçiririk. Siyasətimizi isə milli maraqlarımız üzərində qururuq”.