Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı
Siyasət
195
17:10, Bu gün

Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı

"Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur".

Moderator.az News.ru-ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı səsləndirib.

XİN nümayəndəsi qeyd edib ki, sözügedən təşkilat Azərbaycan da daxil olmaqla, müxtəlif dövlətlərə münasibətdə özünü saymazyana aparır.

Diplomat əlavə edib: "Bilirsiniz ki, qondarma Avropa Parlamenti ilə bütün təmasları kəsmək məhz Bakının qərarı olub. Belə bir addım gözlənilməz deyil. Azərbaycan bu təşkilatın saymazyana münasibəti, hörmətsizliyi və müstəqil ölkələrin daxili işlərinə birbaşa qarışması ilə qarşılaşan yeganə respublika deyil".

Məlumat üçün bildirək ki, 1 may 2026-cı il tarixində Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bəzi qurumları ilə birgə fəaliyyətin dayandırılması barədə açıqlama verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər