ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?
Dünya
119
17:37, Bu gün

ABŞ və İran hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər?

ABŞ və İran hərbi toqquşmalara son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanması ərəfəsindədirlər.

Moderator.az bildirir ki, bu barədə "Axios" məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi "Azadlıq layihəsi" əməliyyatını dondurmaq qərarı məhz tərəflər arasındakı danışıqlarda əldə edilən müsbət nəticələrlə bağlıdır. Sözügedən sənəd Vaşinqtonun 14 bənddən ibarət planı üzərində qurulub və bölgədəki hərbi fəaliyyətlərin dayandırılmasını, eyni zamanda Hörmüz boğazında dəniz nəqliyyatı, İranın nüvə proqramı və Amerika sanksiyalarının ləğv edilməsi məsələlərini əhatə edən 30 günlük yeni danışıqlar mərhələsinin başlanmasını özündə əks etdirir.

Qeyd edək ki, aprel ayının 11-də Amerika Birləşmiş Ştatları və İran nümayəndələri Pakistanın paytaxtı İslamabadda görüş keçirmişdilər. Həmin vaxt tərəflər ən azı iki mühüm mövzuda - nüvə proqramı və Hörmüz boğazı məsələsində ortaq məxrəcə gələ bilməmişdilər. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmadığını və bu səbəbdən Amerika ordusunun İrana qarşı dəniz blokadası başlatdığını bəyan etmişdi.

İslamabadda baş tutan görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edirdi. Qrupun tərkibində həmçinin prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer almışdı. İran heyətini isə danışıqlarda parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edirdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər