Siyasət
213
15:16, Bu gün

"Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - Elçin Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində ölkəmizin Müqəddəs Taxt-Tac ilə münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışıb.
 
Moderator.az xəbər verir ki, E.Əmirbəyov Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin həm mahiyyət, həm də miqyas baxımından yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
 
O, bu münasibətlərin qarşılıqlı hörmətə, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə və dinlərarası anlaşmaya dair sarsılmaz öhdəliyə əsaslandığını qeyd edib.
 
Dövlətlər arasında yüksək səviyyəli siyasi dialoqun daimi və mükəmməl keyfiyyətdə olduğunu bildirən Elçin Əmirbəyov, Heydər Əliyev Fondunun bu prosesdəki rolunu xüsusi qeyd edib:
 
"Fond 15 ildən artıqdır ki, Müqəddəs Taxt-Tacın dini, elmi və akademik qurumları ilə səmərəli əməkdaşlıq edir, Vatikandakı Müqəddəs Pyotr bazilikası, Vatikan muzeyləri, Apostol kitabxanası və katakombalar kimi mühüm tarixi-mədəni saytların bərpasına öz töhfəsini verir".
 
Hazırda əməkdaşlığın elm, arxiv işi və səhiyyə kimi sahələr üzrə genişləndiyini deyən E.Əmirbəyov Bakıda Müqəddəs II İohan Pavelə həsr olunmuş və 2027-ci ildə inşası başa çatacaq ikinci katolik kilsəsini bu müsbət dinamikanın göstəricisi kimi diqqətə çatdırıb.
 
O, bütün bu amillərin Azərbaycanın multikulturalizmə və tolerantlığa sadiqliyini təsdiqlədiyini, ölkəmizin hörmət və məsuliyyət prinsiplərinə əsaslanan diplomatiyasını əks etdirdiyini vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər