İran Azərbaycana təşəkkür edib
Siyasət
255
15:20, Bu gün

İran Azərbaycana təşəkkür edib

"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini bildirib ki, İran Türkiyə, Azərbaycan və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir:

"Ermənistan da daxil olmaqla, regionun bütün ölkələri ilə münasibətlərimiz müsbətdir".

Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:

"Region ölkələrindən aldığımız həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər