Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) "Alfa" xüsusi əməliyyatlar mərkəzinin şəxsi heyəti işğal olunmuş Krımda düşmənin üç hərbi gəmisini, eləcə də bir radar stansiyasını və logistika obyektlərini məhv edib.
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, UTX bu barədə "Facebook" səhifəsində məlumat çatdırıb.
Ukrayna müdafiəçiləri üç Rusiya hərbi gəmisini məhv etməyi bacarıb:
1.Rusiya Hərbi Dəniz Qüvvələrinin "Yamal" adlı böyük desant gəmisi.
2.Rusiya Hərbi Dəniz Qüvvələrinin "Azov" adlı böyük desant gəmisi.
3. Qeyri-müəyyən tipli döyüş gəmisi.
Həmçinin "21980 Qraçonok" layihəsi olan anti-diversiya qayığının məhv edilməsi barədə də məlumat var.
UTX dronları Yuqtorsan neft anbarında "Delfin" rabitə antenna qurğusuna, "MR-10M1 Mys-M1" radarına və yanacaq çənlərinə də zərər vurub.
Xatırladılır ki, daha əvvəl 18 aprel şənbə günü gecəsi dronların Krımın müvəqqəti işğal olunmuş ərazisində yerləşən Kazaçya körfəzi yaxınlığındakı neft anbarına hücum etməsi haqda da xəbər verilib.