Bizi sosial şəbəkələrdən izləyin:
Müvafiq dövlət orqanalrının qiymətləndirməsinə və aldığımız məlumatlara görə, Ermənistanda digər ölkələrin gündəliyi çərçivəsində hərəkət edən şəxslər var.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yazdığına görə, bunu Baş nazir Nikol Paşinyan 18 aprel hökumət iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistandakı xarici agentlərlə bağlı son açıqlamasını şərh edərkən bildirib.
"Əgər bu şəxslər hələ də azadlıqdadırlarsa, deməli, onlar hələ casusluq xəttini keçməyiblər, amma bu məntiq çərçivəsində fəaliyyət göstərirlər. Həmin xəttin kənarına isə çox yaxın olanlar var. Onlar həmin xətti keçəndə müqavimət olacaq. Məndə bu şəxslərin siyahısı var - adları, soyadları və əlaqə məlumatları ilə. Mən əsasən siyasi oyunçular haqqında danışıram", - Paşinyan bildirib.
S.Laçın