23:11
13°C
Bakı
Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.
İyunda keçiriləcək parlament seçkiləri barədə danışarkən Kostanyan qeyd edib ki, bu, əslində, Ermənistanda sülh şəraitində keçiriləcək ilk seçkilərdir.
"Və mən hesab edirəm ki, Ermənistan xalqı sülh gündəliyini tamamilə dəstəkləyir", - o bildirib.