Siyasət
146
21:07, Bu gün

"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEO

"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərinə dair süjet təqdim edib.

Moderator.az bildirir ki, süjetdə İlham Əliyevin səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşdirdiyi vurğulanır.

 

 

Qeyd edilir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Süjetdə, həmçinin İlham Əliyevin türkiyəli həmkarına başsağlığı məktubu göndərdiyinə yer verilir.

"Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik" , - deyə süjetdə məktubdan sitat gətirilib.

Qeyd edilir ki, İlham Əliyevin səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcəyi gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər