“ASAN xidmət” yenidən QDİƏT-in işçi qrupunun ölkə üzrə koordinatoru seçilib
1469
19 Jun 2023 | 17:06

“ASAN xidmət” yenidən QDİƏT-in işçi qrupunun ölkə üzrə koordinatoru seçilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupun “Dövlət Xidmətlərinin çatdırılmasında İnnovasiyaların Rolu” mövzusunda vebinar keçirilib.
 
Moderator.az xəbər verir ki, u200bvebinarın keçirilməsində məqsəd dövlət xidmətlərinin çatdırılmasında innovasiyaların roluna dair məlumat mübadiləsinin aparılması, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin vurğulanması və dövlət sektorunda innovasiyaların tətbiqinə dair məlumatlılığın aparılması sahəsində sessiyaların təşkil olunmasıdır.
 
u200bDövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dövlət xidmətlərin göstərilməsində innovasiyaların vacibliyi, eləcə də xidmət sahəsində keyfiyyətinin artırılmasına dair görülən işlər barədə ətraflı məlumat verib.
 
u200bTədbirdə Dövlət Agentliyinin qabaqcıl fəaliyyət istiqamətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və QDİƏT-ə üzv dövlətlərin nümayəndələrinin də müvafiq sahələr üzrə birgə təcrübə mübadiləsi aparılıb.
 
u200bVebinar çərçivəsində təşkil olunan sessiyalarda innovasiyalar, xidmətlərin təşkili və beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli sahələrdəki fəaliyyət barədə iştirakçılarla geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
 
u200b“ASAN xidmət” müvafiq sahələr üzrə qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupuna yenidən 2023 – 2025-ci illər üçün ölkə üzrə koordinator vəzifəsini yerinə yetirməyə layiq görülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər