Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunub - YENİLƏNİB
Siyasət
3465
25 Apr 2023 | 19:45

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunub - YENİLƏNİB

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlılarına yeni komandan təyin olunub.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.

O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.

15:33

Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

Bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.

Link kopyalandı!
Son xəbərlər