Tramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı
Dünya
125
04 May 2026 | 23:55

Tramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya hökumətini Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak məsələsinə baxmağa çağırıb.

Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"Bəlkə də, Cənubi Koreyanın missiyaya qoşulmasının vaxtı çatıb", - deyə ABŞ lideri bildirib. O, bu çağırışı Hörmüz boğazında Cənubi Koreyanya məxsus gəmidə baş vermiş partlayış və yanğınla əsaslandırıb.

Tramp qeyd edib ki, hazırda boğazdan keçən digər gəmilərə ciddi ziyan dəyməyib.

Bundan əlavə, o bildirib ki, ABŞ-nin hərb naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mayın 5-də ABŞ-İsrailin İrana qarşı əməliyyatının gedişinə dair brifinq keçirəcəklər.

Xatırladaq ki, Tramp mayın 3-də ABŞ-ın Hörmüz boğazında "Project Freedom" adlı əməliyyata başladığını elan edib. Bu əməliyyatın məqsədi boğazda qalan gəmilərin təhlükəsiz çıxarılmasını təmin etməkdir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər