"Ukrayna yeni bir Suriyadır, uzun illər bu ölkənin xarabalıqlarını təmizləmək mümkün olmayacaq"
Oxunub: 6302
04 Mar 2022 | 12:15
Bunun adı müharibədir. Eyni zamanda açıq-aşkar hərbi-siyasi avatüradır. Vaxtilə Dümanın “Üç muşketyor” əsərindən tanıdığımız böyük dövlət adamı kardinal Rişelye dövlətə qarşı çıxan üsyançıların ələ keçirilmiş liderinin: "Biz yaşamaq istəyirik!" çağırışına soyuqqanlı belə bir cavab vermişdi: "Mən buna zərurət görmürəm". Təqribən Rusiya-Ukrayna məsələsində də belə bir şey baş verib. Ukrayna: "Mən müstəqil yaşamaq istəyirəm" deyir, Rusiya da: "Mən buna zərurət görmürəm" cavabını verir. Bir müstəqil dövlətin Krım, Donbas və Luqansk kimi bölgələrini işğal edir, ardınca da tələb qoyur ki, dövlət atributlarından və hədəflərindən imtina et. Sonda da hansısa ciddi hüquqi, siyasi əsaslandırma olmadan birbaşa müstəqil dövlətə hücum edir, onun paytaxtına yönəlib qanuni yolla seçilmiş prezidentini devirmək istəyir. Bütün dünya qarşısına dikilir, Putinin inadı davam edir və arasıra da nüvə silahını dünyaya xatırladır. Burada ümidverici məsələ odur ki, illərdir rəsmi Ukraynanı qaza gətirən ABŞ və AB başda olmaqla dünyanın əksər dövlətləri heç olmazda indi bu işğalla barışmadıqlarını ifadə edərək Ukrayna xalqına hərbi, siyasi dəstək verməklə yanaşı həm də Rusiyanı ən sərt sanksiyalar yolu ilə çökdürməkdə həmrəylik göstərirlər. Bu cür ssenaridə əlbəttə müstəqilliyini hər şeydən uca tutan xalqlar ukraynalıların apardığı qəhrəmanlıq savaşına dəstək verir, onlara maddi və mənəvi yardım göstərməyə çalışırlar. Biz də bir vətəndaş olaraq müstəqillik uğrunda ölüm-dirim savaşı verən Ukrayna xalqının yanındayıq, dəstəkləyirik və işğala son qoyulmasını tələb edirik. Bu məsələnin hamımıza aydın olan tərəfi. 
 
Digər bir aydın məsələ var ki, həm Ukraynanın xarabazara çevrilməsinin, həm də Rusiyanın iqtisadi cəhətdən çöküşünün birbaşa bizim xalqımıza, yəni azərbaycanlılara da çox ciddi, həm də fəlakətli zərəri olmaqdadır və olacaq. Hər iki dövlətin ərazisindən yüz minlərlə azərbaycanlı sərmayə qoyub, çalışır, Azərbaycandakı yaxınlarının da dolanışığı onlardan asılıdır və bu minvalla onların iqtisadi çöküşü yüz minlərlə azərbaycanlının maddi və mənəvi cəhətdən çöküşü deməkdir. Bu həm də hər iki ölkədə normal yaşam standartlarını itirmiş soydaşlarımızın qaçqın durumundə ölkəmizə geri qayıdışı deməkdir. Söhbət həm də yüzminlərdən gedir. Bu da sosial gərginliyin yeni dalğası deməkdir. Belə bir gerçəkliyə baxışda da cəmiyyətimizdə bir ziddiyyət olmasın gərək. 
 
Gələk Ukrayna üzərindən qabardılan vətənpərvərlik məsələsinə.  Azərbaycanı sevən, onun müstəqilliyini qorumağa hazır hər kəs Ukrayna məsələsində gələcəkdə baş verə biləcək işğalın simptomlarını görərək aktiv şəkildə işğalçılığa qarşı nifrətlərini ortaya qoyurlar. Əla. Bəyənilsin. Diqqət etsəniz görərsiniz ki, bu səmimi vətənpərvərlər Ukraynada baş verən vəhşiliyə, humanitar fəlakətə, insan qətliamına etirazlarını, eyni zamanda  Ukrayna ordusunun və xalqının əzmkarlığına da rəğbətlərini ortaya qoyurlar. Bir qisim azərbaycanlı da orada Ukrayna vətəndaşı kimi döyüşür.  Bunu yazılardan, çıxışlardan, paylaşımlardan da görmək mümkündür. Bu səmimi vətənpərvər insanlar Ukraynadan danışırlar, həm də bir dövlət olaraq Azərbaycanın davranışlarını da pis niyyətlə müzakirə etmədən anlayışla qarşıladıqlarını ifadə edirlər. Çünki onlar üçün bütün məsələlərə baxış Azərbaycan və onun ali maraqları üzərindən gerçəkləşir.
 
İndi də nəzər salaq bir qrup dələduz vətənşüvənlərə. Bunların içində siyasi partiya rəhbərləri də, blogerlər də, başqa ölkələrin əlində muzdlu xidmətçiyə çevrilən şəxslər də var. Ukraynadan danışan kimi başlayırlar ikinci-üçüncü abzasdan sonra Azərbaycanla müqayisə aparmağa. "Azərbaycan niyə açıq dəstək vermir, niyə BMT-də səsverməyə qatılmadı, niyə Rusiyanın qorxusundan işğaldan danışmır, niyə orada bu deputat döyüşdə öldü, bizdə ölmədi, niyə Ukraynada olan demokratiya bizdə yoxdur?”kimi bir sürü sualları insanları çaşdırmaq üçün sosial şəbəkədə tirajlayırlar. Bu barədə əlbəttə hərkəsin fərqli fikri ola bilər, ancaq Ukrayna üzərindən Azərbaycan faciəsini arzulayanların bu cür təhlilləri dələduzluqdan, satqınlıqdan və ən yaxşı halda məsuliyyətsizlikdən başqa bir şey deyil. Həm də bunu o vaxt söyləyirlər ki, Ukrayna prezidenti Zelenski öz çıxışında Türkiyə və Azərbaycana verdiyi dəstəyə görə ayrıca təşəkkürünü bildirir. 
 
Unutmayın, Ukrayna xalqı və prezidenti Qərb öıkələrinin böyük dəstəyi ilə əsl qəhrəmanlıq tarixi yazır. Ancaq onu da unutmayın ki, artıq Ukrayna yeni bir Suriyadır, uzun illər bu ölkənin xarabalıqlarını, savaş aurasını təmizləmək mümkün olayacaq. Çünki sankisiyalardan yorğun düşsə də dərisi hələ də dünyaya ağır yük olan bir Rusiya qalacaqdır. Pulu gedən Qərb ölkələridir, ancaq həm canı, həm pulu, həm də ərazisi gedən Ukrayna dövlətidir, onun hər cür hörmətə layiq didərgin xalqıdır. 
 
Elə isə bütün müqayisələri buradan başlamağı tövsiyə edirəm. Rusiyanın böyüklüyünü aldırmadan Qərb ailəsinin hamısı onu işğalçı olaraq tanıdılar. Bəs 30 il Azərbaycan torpaqlarını Rusiyanın yardımı ilə işğal etmiş bapbalaca Ermənistanı necə, bu ölkələrdən hansısa işğalçı kimi tanıdımı? Dağlıq Qarabağa ayrıca pullar ayıran kimlər idi? Xaricdə separatçıları təmtəraqla qəbul edənlər hansı dövlətlər idi? Ermənistana işğalçı dövlət kimi sanksiya tətbiq etməyi heç düşünən oldumu? Demək ki, siz axmaqlar hələ də düşünürsünüz ki, iki işğala fərqli prizmadan yanaşanların zövqünü öxşamaq üçün biz öz maraqlarımaza uyğun gəlməyən addımları atmalıydıq? Zelenskini ABŞ Konqresində alqışladılar, Avropa Parlamentində alqışladılar, Fransa Parlamentində alqışladılar! “Kaş kə bizi də alqışlayardılar” deyirsiniz hə? Bəli, Ukraynanı yem edəndən sonra, xaraba qoyandan sonra, bii milyondan artıq insan didərgin düşəndən sonra alqışladırlar. İndi sizə Azərbaycanın sabitliyi lazımdır, yoxsa alqış? İşğalçıya qarşı biz də 44 gün savaşdıq, o alqışlayanlardan hansısa bunu işğala qarşı bir savaş olaraq vurğuladımı? İndi sizə xarabalıq üzərində görünən və alqışlanan demokratiya lazımdır, yoxsa ölkəni savaşa soxmadan sabit, təhlükəsiz vəziyyətdə yaşatmaq? 
 
Prezident İlham Əliyev deyil, sizsiniz, mənəm, başqasıdır. İlk vəzifəniz və ya vəzifəmiz nə olacaq: necə edək ki, ölkəmiz işğala məruz qalmasın? İndi siz məqsədli şəkildə öz ölkəsinin düşməninə çevrilmiş məxluqlar, hansı addımdan narazısınız? Heç bir bloka girmirik, ABŞ-la da, Avropa Birliyi ilə də münasibətləri normal saxlayırıq. Türkiyə ilə qardaşıq və Şuşa Bəyannaməsini imzalamışıq. İranla da sabit münasibətlərimiz var. Ermənistanı da addım-addım yola gətirməyə çalışırıq. Rusiya ilə də ən azı sənəd üzərində dostuq, müttəfiqik və ən başlıcası da düşmən deyilik. İndi NATO-nun baş edə bilmədiyi bir ölkə ilə hansı formada danışmağımızı təklif edirsiniz? Üstəlik də Ukraynanın işğalını tanımırıq, dost ölkəyik və savaşda da humanitar yardım göstəririk. Bir dövlət başçısının əsas vəzifəsi öz ərazisində savaşa zəmin yaratmamaqdır, indi siz işğal hədələrinin bizə yönəlməsi mazoxizmini yaşamaq istəyirsinizsə, bəlkə gedib ağlınıza dua yazdırasınız. Qarabağı yenicə işğaldan azad etmişik, Türkiyə ilə hərbi müttəfiqliyin zirvəsindəyik, indi nə istəyirsiniz, Ukraynanı buraxıb bizimlə savaşın deməliyik?  
Adamı incidən budur ki, həmin məsuliyyətsizlər, həmin saxtakarlar  Türkiyənin tutduğu ağıllı mövqedən də narazıdırlar. Maraqlıdır ki, bunların narazı olduğu mövqedən məhz Ukrayna razıdır. O halda bəlkə gedib Ukraynadan soruşasınız ki, niyə razı qalmısınız? Rusiyanın israrlı tələblərinə rağmən “Bayraqdar”ı Ukraynaya verən Türkiyə bu gün də Azərbaycanla birlikdə qaçqın düşən ukraynalılara ən yüksək səviyyədə humanitar yardımını göstərir. Digər tərəfdən Rusiya ilə də münasibətini pozmur. Məgər doğru etmir? ABŞ NATO ölkəsi olan Türkiyəni çökdürmək üçün illərdir PKK-nı, YPQ-ni silahlandırır, öz maşaları vasitəsi ilə dövlət çevrilişi etməyi stimullaşdırır, Avropa Birliyi 20 ildir Türkiyəni öz tərkibinə almaq istəmir, o halda nə etsin Türkiyə? Ayrı-ayrı parlamentlərdə alqışlarsınlar deyə, saxta təriflər yağdırsınlar deyə öz təhlükəsizliyi risqə qoysun? Gedib ona arxa çevirmiş ABŞ və ya Avropa Birliyi üçün savaşsın?
Hələ məsələnin mahiyyətini anlamadan son Ukrayna savaşını Qarabağ savaşı ilə də müqayisə edirlər. Anlamırlar ki, son Qarabağ savaşı orduların savaşı idi, xalq kənardan orduya maddi və mənəvi dəstək verirdi. Orduya çağrılanlar və ya peşəkar hərbçilər bu savaşın əsas iştirakçıları idi. Ukrayna savaşı ordularla yanaşı həm də xalqın birbaşa iştirak etdiyi savaşdır. Burada Rusiya ordusu şəhərləri dağıdır, evləri xaraba qoyur və hər bir məntəqənin sakini həm də bir müqavimət hərakarının iştirakçısına çevrilir. Ona görə də ölkənin keçmiş prezidentindən tutmuş deputatına qədər- hamı ölkənin müdadfiəsi üçün silaha sarılmış. İndi əmin ola bilərsiniz ki, Allah göstərməmiş, əgər Gəncəyə, Bakıya düşmən hücumu olsaydı, o halda bütün azərbaycanlılar ən yüksək səviyyədə səfərbər olub öz torpaqlarını qoruyacaqdı: həkimi də, müəllimi də, deputatı da, təqaüdçüsü də...  
 
İnsan duyğularını ən dərin incəliklərinə qədər anlayıram. Ancaq bu duyğuların da yaşanması üçün başımızın üstündə dövlət durmalıdır. Həm də salamat, təhlükəsiz şəkildə durmalıdır. Xüsusilə də qaçqınlığın, köçkünlüyün  nə olduğunu hamıdan yaxşı bilən bir toplum üçün duyğularını məsuliyyətdən önə çıxarmaq bağışlanmaz bir cinayətdir.  İndi milyonlarla qaçqın və köçkün düşən, insanlıq faciəsi yaşayan, ümidləri puç olan  ukraynalının gözü ilə prosesə baxmağa çalışın və o halda öz dövlətinizin ayağı duran yerə gəlib başınızı qoyacaqsınız!
 
Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:03
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
17 May 2024 | 12:54
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:06
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
17 May 2024 | 12:58
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:03
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
17 May 2024 | 12:54
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:06
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
17 May 2024 | 12:58
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI