İlham Əliyev dünya internetini partlatdı; amerikalılar deyir: “Bəlkə bu oğlan ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək?”
Siyasət
Oxunub: 5437
07 May 2021 | 22:06
İlham Əliyev dünya internetini partlatdı; amerikalılar deyir: “Bəlkə bu oğlan ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək?”

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev taleyüklü informasiya müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü. İ.Əliyev 44 gün ərzində yüzlərlə müsahibə, müraciət, şərh verdi, dünya elektron mediasının efirində qızğın polemik mübahisələrdə iştirak etdi. Azərbaycan dövlətinin başçısının çıxışları bütün dünyada geniş rezonans doğurdu və biz virtualaz.org olaraq bütün bunları öz buraxılışlarımızda ətraflı şəkildə işıqlandırmışıq.

Bu gün redaksiyamızın diqqətini hətta dünya sosial şəbəkəsi səviyyəsində nadir və fenomenal hadisə cəlb edib – İ.Əliyevin çıxışı dünya miqyasında partlayan bomba effekti yaradıb.

Bütün internet İlham Əliyevin Britaniya BBC-i ilə müsahibəsini müzakirə edir

9 Noyabr 2020-ci ildə İlham Əliyev İngiltərənin BBC News televiziya şirkətinə uzun bir müsahibə verdi. Müsahibə zamanı televiziya şirkətinin jurnalisti Azərbaycan hökumətinin siyasətini tənqid etməyə çalışdı, lakin həmsöhbətinin əsaslandırılmış və inandırıcı arqumentləri ilə qarşılaşdı.  Müasir terminologiyadan istifadə etsək, deyə bilərik ki, viral (virtualal aləmdə olduğca sürətıə yayılan) hala gələn həmin müsahibənin məh o hissəsi oldu.

Mayın 5-də britaniyalı jurnalistin Azərbaycanda söz azadlığı ilə bağlı ehtimal olunan problemlərdən danışdığı və Prezident Əliyevdən layiqli cavab aldığı müsahibədən bu səs-küylü fraqment sosial televiziya şəbəkəsinin Amerika, Avropa və hətta Hind seqmentində əks-səda doğurub. İki gün ərzində video 3 milyondan çox baxış yığıb. Və 32,5 min retweet alıb. Eyni zamanda, çoxsaylı şərhlərdə dünyanın hər yerindən sosial media istifadəçiləri tərəfindən İlham Əliyevin mövqeyinə dəstək ifadə olunur. Prezidentin çıxışının dünya auditoriyasında populyarlığını anlamaq üçün yalnız bir illüstrativ şərhdən bəhs etmək kifayətdir.

Müsahibəyə 3 milyon izləyici baxıb. Tvitterdə 32 min repost var...

Alabamadan olan amerikalı istifadəçi Mark Davis təəccüblənir: "Elə etmək olarmı ki, bu oğlan ABŞ prezidentliyinə namizəd olsun?". Və onun təklifi, İ.Əliyevin sözlərinin ədaləti və inandırıcılığını qeyd edən bir çox amerikalı sosial şəbəkə istifadəçisi tərəfindən, əks-səda tapır.

Bu videonun retvitini yerləşdirənlər arasında məşhur Culian Assancın vətəndaş nikahında olduğu və öz heyranlığını gizlətməyən Stella Morris da var idi: "Prezident Əliyev BBC-yə bildirdi ki, Böyük Britaniyanın Culian Assancı həbsdə saxladığı müddətdə heç kim ona" mətbuat azadlığı "barədə mühazirələr oxuya bilməz.

Assancın həyat yoldaşı İlham Əliyevə istinad edib

Həmin videofraqment Qərb KİV-lərinin gözdən saldığı ölkələrdə xüsusi rezonans əldə edib. Hindistanda internet istifadəçiləri Azərbaycan Prezidentinə heyran olublar.

Məsələ ondadır ki, Hindistan ciddi koronavirus böhranı ilə mübarizə apardığı bir vaxtda Qərb mediasının “quzğun hücumu”na məruz qalıb.

Onlar Hindistandakı az qala bütün dəfn mərasimlərini lentə alaraq öz auditoriyalarına göstərməyə çalışırlar. Bu məqsədlə dronlardan belə istifadə olunur. Daha çox baxış əldə etməyə çalışan bu dairələr çəkdikləri kadrları 23 min kron rupiyə satır. Beləliklə, Qərb mətbuatı Hindistanın bədbəxtliyindən vicdansızcasına faydalanmağa çalışır.

Bu gün Qərb KİV-i Hindistanda koronavirusla bağlı vəziyyəti təsvir etmək üçün bəzən köhnə, saxta fotolardan da istifadə edir. Bu isə təbii olaraq, hindistanlıların nifrətinə səbəb olur.

Bütün bunların fonunda haqqında yuxarıda bəhs etdiyimiz köhnə bir video - İlham Əliyevin BBC-nin müxbirinə müsahibəsi trendə çevrilməkdədir. Hələ 2020-ci ilin noyabrında götürülmüş müsahibədə müxbir İlham Əliyevə Azərbaycanda mətbuat azadlığı ilə bağlı sual ünvanlayaraq, guya onu çətin vəziyyətə salmağa çalışır. Azərbaycanın dövlət başçısı isə nəinki müdafiə olunmağa ehtiyac görmür, əksinə, “hücuma keçərək” müxbirə birbaşa sual verir: “Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Siz nəyə əsasən Azərbaycanda azad medianın, müxalifətin olmadığını düşünürsünüz?”.

BBC-nin əməkdaşı cavabında iddia edir ki, Azərbaycanda müstəqil medianın olmadığı haqda məlumatları müstəqil mənbələrdən alıb. Belə olan təqdirdə Azərbaycan Prezidenti müxbirdən həmin müstəqil mənbələrin adlarını çəkməsini tələb edir. Müxbir bundan imtina etdikdə Əliyev soyuqqanlı şəkildə cavab verir: “Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir nağıl uydurursunuz”.

Daha sonra İlham Əliyev BBC müxbirinin media azadlığının məhdudlaşdırılması, QHT-lərin təqib edilməsi, tənqidçilərin həbs olunması və s. ittihamlarını qətiyyətlə təkzib edir və “Wikileaks”in yaradıcısı Culian Assanjın həbsindən danışır: 

Assancın müdafiəsinə dair Əliyevin arqumentini Qərb imperializminin tənqidçiləri qəbul ediblər

“Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80% dən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80% internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”.

Beləliklə, Əliyev Assanjın “Wikileaks”ə görə haqsız həbs edildiyini qabardır.

Xatırladaq ki, vaxtilə Ekvadorun Londondakı səfirliyində 2 il qalmış Culian Assanj sonda saxlanılıb və hazırda o, Böyük Britaniya həbsxanasındadır. Bu gün ABŞ belə, Assanjın ekstradisiyasına nail olmağa çalışır. Vaşinqton onu ABŞ-ın hərbi məlumatlar bazasının sındırılmasında iştirak etdiyinə görə həbs etməyə çalışır. ABŞ-da hesab edirlər ki, Assanj konfidensial məlumatları əldə edərək, “Wikileaks” saytına yerləşdirib. Başqa sözlə, Vaşinqton Culian Assanjı jurnalist fəaliyyətinə, digər insanların oğurlanmış sənədlərinin yayılmasına görə mühakimə etmək istəyir. Məsələ ondadır ki, bu sənədlər ABŞ-ın Əfqanıstan, İraq və s. ölkələrki hərbi cinayətlərini ifşa edib. Lakin oğurlanmış, yaxud sızdırılmış məlumatların dərci cinayət yox, jurnalistikadır.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev digər ölkələrdəki təməl azadlıqlara şübhə ilə yanaşan, Böyük Britaniyanın vergi ödəyiciləri hesabına maliyyələşən BBC-nin riyakarlığını ifşa edib. Bu gün Culian Assanjı həbsdə saxlayan məhz Böyük Britaniyadır. Yeri gəlmişkən, BMT-nin xüsusi məruzəçisi Nils  Meltser Culian Assanjı Böyük Britaniya və ABŞ hökumətlərinin haqsızlığının, işgəncə və siyasi təqiblərinin qurbanı sayır. Demək, Assanj kimi jurnalistlərin təqibinə göz yuman, hətta bunu dəstəkləyən Qərbin nəinki Azərbaycanı, ümumiyyətlə heç bir ölkəni tənqid etməyə mənəvi haqqı yoxdur.

BMT-nin Xüsusi Məruzəçisi Nils Meltser İlham Əliyevlə həmrəydir

“Ermənilərin burada azad mətbuatının olmayacağı haqda dediklərini əsas götürərək məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bəli, bu, 2020-ci ilin noyabrına aid müsahibədir. Lakin Qərbin aparıcı mətbuat orqanlarına qarşı artmaqda olan nifrət fonunda o, yenidən yayılmağa başlayıb. Bu azmış kimi, koronavirus pandemiyası Qərb mediasının Hindistanda pandemiyaya görə dəfn tonqalların artması ilə bağlı qeyri-sağlam fetişinin olduğunu da ortaya çıxarıb. Məsələn, “Washington Post” və ya “Reuters” kimi bəzi media orqanları koronavirus pandemiyasının ciddiliyini göstərmək məqsədilə Hindistanın müxtəlif hissələrindəki dəfn tonqalları ilə bağlı fotoları yayır. “Washington Post”un jurnalistlərindən biri hətta kremasiya sahəsinin yuxarıdan çəkilmiş fotosunu “möhtəşəm” adlandırıb.

Əliyevin tezisləri Hindistan mediasının redaksiya məqalələrində

Aydındır ki, ölümün olduğu yerdə dəfn tonqalları da olacaq. Lakin pandemiya ABŞ, İtaliya və digər Qərb dövlətlərinə dağıdıcı zərbə vuran zaman heç bir mətbuat orqanı dəfn mərasimləri ilə bağlı fotolar yaymır, pandemiyanın necə yayıldığını bu yolla təsvir etmirdi. Qərb mediası isə koronavirus pandemiyası üzündən dəfn tonqallarının artmasını hindistanlıları aşağılamaq məqsədi ilə yayır. Əslində, Qərb bəlkə də Hindistana paxıllıq edir. Çünki onlardan fərqli olaraq, Hindistan pandemiyanın ilk dalğalarının öhdəsindən uğurla gəlib. O zaman inkişaf etmiş, daha varlı olan ölkələr pandemiyaya heç də lazımi səviyyədə nəzarət edə bilmirdi.

Qərb KİV-inin təkəbbürlü alçaldıcı tonuna ən yaxşı və layiqli cavab Prezident İ.Əliyevin böyük dövlətlərin siyasi-iqtisadi hökmranlığının ekspansionist xarakterini ifşa edən parlaq çıxışı oldu. Humanist azadlıqları Dallesin "cəzalandırıcı dəyənəyi" kimi seçən iyirmi birinci əsrin imperialistləri  İlham Əliyevin şəxsində layiqli rəqib - son illər dünya suveren demokratiya hərəkatının liderlərindən biri kimi layiqincə bərqərar olmuş siyasətçi tapdılar.(virtualaz.org)

Oxşar xəbərlər
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
01 Nov 2024 | 16:57
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
01 Nov 2024 | 16:52
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
01 Nov 2024 | 16:47
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
01 Nov 2024 | 16:45
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
01 Nov 2024 | 16:38
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
01 Nov 2024 | 16:33
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
01 Nov 2024 | 16:28
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
01 Nov 2024 | 16:23
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
01 Nov 2024 | 16:18
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
01 Nov 2024 | 16:13
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
01 Nov 2024 | 16:08
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
01 Nov 2024 | 16:03
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
01 Nov 2024 | 15:54
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
01 Nov 2024 | 15:48
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 15:37
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
01 Nov 2024 | 15:32
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
01 Nov 2024 | 15:26
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
01 Nov 2024 | 15:20
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
01 Nov 2024 | 15:15
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
01 Nov 2024 | 15:10
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
01 Nov 2024 | 15:05
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
01 Nov 2024 | 15:00
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01 Nov 2024 | 14:55
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
01 Nov 2024 | 14:50
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
01 Nov 2024 | 14:48
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
01 Nov 2024 | 14:42
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
01 Nov 2024 | 14:37
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 14:32
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
01 Nov 2024 | 14:27
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 Nov 2024 | 14:21
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
01 Nov 2024 | 14:16
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
01 Nov 2024 | 14:11
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
01 Nov 2024 | 14:09
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
01 Nov 2024 | 14:06
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
01 Nov 2024 | 14:00
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
01 Nov 2024 | 13:55
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
01 Nov 2024 | 13:44
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
01 Nov 2024 | 13:42
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
01 Nov 2024 | 13:38
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
01 Nov 2024 | 13:33
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
01 Nov 2024 | 13:30
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
01 Nov 2024 | 13:29
Somali Prezidenti COP29-da iştirak edəcək
01 Nov 2024 | 13:26
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
AYLIQ
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib