Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
Hadisə
1578
01 Nov 2024 | 17:18

Xırdalanda baş verən dəhşətli yanğının sirləri...

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84
 
Xəbər verildiyi kimi, bu gün Bakı şəhərində iki bna yandı – birinci Yasamalda, ikinci və daha dəhşətlisi isə, Xırdalandakı Gənclər şəhərciyində baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, bu yanğınlar xüsusi qanunauyğunluğa tabe olmaqla, yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşan rəhbərlərinə Allahdan xəbərdarlıqdır. Yanğınların 31 oktyabr tarixində baş verməsinin sirlərini   bilmək üçün   bu tarixin hikmətinə nəzər salaq:
 
1) Yadınıza salaq ki, keçən ilin 11 noyabrında S.S.Axundov küçəsində Ticarət Mərkəzi, Dərnəgüldə isə, taxta bazarı yanmışdı. Həmin gün həmçinin, Gəncədə almatur sexində baş verən şiddətli yanğın çənlərin partlamasına səbəb oldu. Bu üç böyük yanğının baş verdiyi tarixlə bugünkü tarix arasında 342 gün fərq vardır ki, bundan Quran rəmzini (114) çıxsaq, yenə də Quran rəmzi alınır və hadisənin Allahın elmi və iradəsi ilə baş verdiyini təsdiq edir:
 
342 – 114 – 114 = 114 
 
2) Bugün   Sumqayıtda şadlıq sarayı yanmasının (04.08.23) 456-cı günüdür ki, bu da Quran rəmzinin dörd mislidir:
 
456 – 114 – 114 – 114  = 114
 
3) Xızıda (Yaşma) baş verən və iki nəfərin ölümü ilə nəticələnən sursat partlamasının (15.04.23) 570-ci günüdür ki, bu da Quran rəmzinin beş mislidir: 
 
570 – 114 – 114 – 114 – 114  = 114
 
4) Keçən ilin 114-cü günü (24 aprel) Biləsuvarda beşmərtəbəli yaşayış binasının partlamasının (həmçinin, Yasamalda yataqxana yanmasının) 555-ci günüdür ki, bu da tövbə və cəza rəmzidir.
 
5) Sabunçuda 68 saylı məktəbin yanmasının (29.06.22) 858-ci günüdür ki, bu da orjinal (Kəbədə və muzeylərdə qorunan) Quranın səhifələrinin üç mislidir:
 
858 - 286 – 286 = 286
 
Qeyd etdiyimiz kimi, 286 ədədi Yaradanın “rəqəmsal imzası” olaraq, Ondan gələn bütün xəbərdarlıqların üzərində görünür. 
 
NƏTİCƏ: hesablamalardan göründüyü kimi, bu gün Bakı şəhərində baş verən və insanları həyəcana salan yanğınlar təsadüfü olmayb, özündən əvvəlki analoji hadisələrlə riyazi şəkildə bağlıdır və onların davamıdır. Bir daha vurğulayıram ki, bunlar doğru yoldan uzaqlaşmış xalqımıza və onun rəhbərlərinə Allahdan çox böyük xəbərdarlıqlardır: ağlınızı başınıza yığın; tövbə edib, doğru yola dönün! Əks halda çox qısa bir vaxtda elə bəlalar gələcək ki, sizlər ondan qaçıb canınızı qurtara bilməyəcəksiniz! Necə ki, sizdən öncə Nuh qövmü, Lut qövmü, Saleh qövmü qurtula bilmədi. Necə ki, bu gün sizdən qat-qat qüvvətli olan Avropa, Asiya... dövlətləri qurtula bilmirlər. Tövbə edib, Allaha (Onun yoluna) qayıdın; pozğun həyat tərzindən, haram yeməkdən, cahillikdən, zinakarlıqdan, biri-birinizi şərləməkdən, yalandan üzə durmaqdan, haqqını istəyəni incitməkdən... əl çəkin! Artıq indiki şeytani dövrün başa çatmasına saylı aylar, günlər qalıb. Haram yolla yığılanlar hamısı selə-suya qarışıb gedəcək, yaxud, dağıntı altında qalacaq. Belə olmasını istəmirsinizsə doğru yolu (dürüstlüyü, halallığı) seçin; Allahdan (Onun əzabından) qorxun!
 
“Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq”. Quran 11:82
 
Xəbərdarlığı şərh etdi:
 
Dr. Paşa Yaqub – Allahın qulu və carçısı
Link kopyalandı!
Son xəbərlər