Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq.
Bu barədə Moderator.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlar sisteminin yaradılması ilə bağlı artıq hazırlıqlara başlayıb.
Qeyd olunur ki, sistem beş moduldan - əsas səhifə, inzibatçılıq, regional idarəetmə və statusların verilməsi, müavinətlərin hesablanması, kütləvi əməliyyatlar, komissiya modullarından ibarət olacaq.
Qurum sözügedən işlərin icrasının 999.755,00 AZN-ə (999 min 755 min manat) başa gələcəyini proqnozlaşdırır.