Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
Cəmiyyət
1439
01 Nov 2024 | 15:26

Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə də fəal əməkdaşlıq həyata keçirir.
 
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
 
Bildirilib ki, onlardan bir hissəsi işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.
 
Görüşdə bölgədə icra olunan aktiv məşğulluq proqramları haqqında məlumat verilib, aktiv məşğulluq proqramlarının icrasında Agentliklə Universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Qeyd edilib ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.
 
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
Link kopyalandı!
Son xəbərlər