Bizi sosial şəbəkələrdən izləyin:
Dünyaca məşhur amerikalı müğənni Cennifer Lopez Respublikaçılar Partiyasının prezidentliyə namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın mitinqində çıxış edən komediyaçının Puerto Riko ilə bağlı irqçi zarafatını tənqid edib və latın amerikalıları səs verməyə çağırıb.
Müğənni Trampın mitinqində çıxış edən komediya ustası Tony Hinchcliffeni Puerto-Rikonu “üzən zibil adası” ilə müqayisə etdiyi üçün tənqid edib.
“Mən amerikalı qadınam. Puerto-Rikolu olmaqdan qürur duyan Guadalupe Rodriguez və David Lopezin qızıyam. Mən Puerto Rikoluyam. Bu seçki sizin həyatınızla əlaqədardır. Sənin səsin sənin gücündür", - Lopez deyib.
Lopez Demokratlar Partiyasından prezidentliyə namizədin siyasətini yüksək qiymətləndirərək Harrisin immiqrantların və işçilərin mənzil, təhsil, qida və əsas ehtiyaclarını ödəmək azadlığı kimi mövzularda mübarizə aparacağını bildirib.
Publika.az