Bizi sosial şəbəkələrdən izləyin:
Əməkdar artist Lalə Məmmədova bir neçə gündür anonsunu etdiyi layihəsini sevənlərinin ixtiyarına verib.
Moderator.az xəbər verir ki, müğənni "Konum at" klipi üçün fərqli tərzdə obyektiv qarşısına keçib. Bunun üçün Türkiyədən Bakıya yaradıcı heyət gəlib.
Ekran işinin rejissoru Kemal Yıldız, operatoru Can Doludur. Fərqli janrda olan mahnının müəllifi Temmidir (Təmraz Hüseynov).
Müğənninin stili üzərində Elnur Həsənov çalışıb. Klipin ideya müəllifi və baş prodüseri Elnur, prodüseri Samirə Xasməmmədovadır. Lalə Məmmədovanın geyimləri Samirə İsmayılova hazırlayıb.