Bizi sosial şəbəkələrdən izləyin:
Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.
Bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib.
Onun sözlərinə görə, qəfil başlayan yuxusuzluq Parkinson xəstəliyinə işarə edə bilər. Bu xəstəliyin ilkin mərhələsində sürətli yuxu fazasında davranış pozuntusu yarana bilər - insan qeyri-ixtiyari hərəkətlər edir, danışır və ya əllərini yelləyir. Bildirilib ki, yuxu problemləri titrəmə və əzələ sərtliyi kimi əsas simptomlardan illər əvvəl müşahidə oluna bilər.
Həkim qeyd edib ki, oxşar vəziyyət Altsheymer xəstəliyində də müşahidə olunur. Erkən mərhələdə sirkadian ritmlər pozulur, beyinin yuxu və oyanıqlıq fazalarını tənzimləməsi çətinləşir. Nəticədə insan gec yuxuya gedir, gecə tez-tez oyanır və gündüz güclü yuxululuq hiss edir. /Oxu.az/