Bakıda YPX ilə Türkiyə vətəndaşı arasında maraqlı dialoq:
1455
05 Dec 2025 | 11:06

Bakıda YPX ilə Türkiyə vətəndaşı arasında maraqlı dialoq: "Nə deyir, anlamıram" - VİDEO

Türkiyə vətəndaşı avtomobili ilə hərəkətdə olarkən Azərbaycanda yol polisi əməkdaşı tərəfindən saxlanılıb.

"Rent car"dan "Ford Mustang" icarəyə götürən Türkiyə vətəndaşı Berkay Ərdoğan Azərbaycanda ypx əməkdaşları tərəfindən sənədlərin yoxlanışı məqsədi ilə dayandırılıb.

Yol polisi əməkdaşları avtomobili idarə edən şəxslərin Türkiyə vətəndaşı olduğunu gördükdə onun icazə sənədini yoxladıqdan sonra getməsini söyləyiblər. Yol polisinin nə demək istədiyini anlamayan şəxslər avtomobilin arxasına düşərək onu təqib ediblər.

Videoda diqqət çəkən isə sürücünün yanındakı şəxsin "Azərbaycan dilini bilmək məcburiyyətindəyəm?" deməsi olub.

Həmin anları lentə alan şəxs sosial şəbəkə hesabında paylaşıb. Video qısa zamanda 20 mindən çox izlənilib.

Görüntüləri təqdim edirik:

Milli.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər