Azərbaycanda dövlət işçilərinin sayı azalıb
Cəmiyyət
1806
12 Aug 2025 | 16:20

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1770,8 min nəfər olub, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin iyul ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər