Bizi sosial şəbəkələrdən izləyin:
İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib.
Moderator.az bildirir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid İran təklifi ilə tanış olan iki mənbəyə istinadən "X" sosial şəbəkə hesabında məlumat verib.
"Saziş üzrə danışıqlar üçün bir aylıq müddət müəyyən edilir", - deyə jurnalist yazıb.
İranın təklifinə əsasən, Tehran ilk növbədə bu məsələlər üzrə razılığa gəlməyi və yalnız bundan sonra daha bir ay müddətinə artıq İranın nüvə proqramına aid saziş üzrə danışıqların növbəti raunduna başlamağı təklif edir.