Üç klub cərimələndi
İdman
1595
17 Sep 2024 | 14:06

Üç klub cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.
 
Moderator.az xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
 
"Sumqayıt" isə 700 manat ziyana düşüb. Buna "gənclik şəhəri" təmsilçisinin "Şamaxı"ya uduzduğu (0:1) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.
 
"Kimyaçılar" oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından əlavə 500 manat da ödəməli olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər