Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları
Ədəbiyyat
Oxunub: 3582
23 May 2015 | 21:17
Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları

 














Əvvəli linkdə: //moderator.az/index.php?xeber=78359

 

Məhəbbət dastanlarında isə baş qəhrəman fərddir. Cəmiyyətdə azad sevgi, xoşbəxt həyat, toxunulmaz insan hüquqları uğrunda, onları pozub tapdalayan hökmdarlara, din xadimlərinə, tacir-zadəganlara və sadəcə olaraq sosial üstünlüklərə malik rəqiblərə qarşı dayanan Aşıq Abbaslar, Dədə Kərəmlər, Aşıq Qəriblər, Aşıq Abdullalar, Aşıq Valehlər və başqalarıdır. Məhəbbət dastanlarında ictimai məzmun nə qədər yüksək olsa, buradakı hadisələr cəmiyyət həyatının ən müxtəlif cəhətlərini nə qədər intəhasızlıqla əks etdirsə də, o, epos düşüncəsi səviyyəsinə yüksələ bilmir. Ziddiyyət və təzadları, əkslikləri qoyulmuş yasaqlıqlar sərhədində əks etdirməklə kifayətlənir” (13, 340).

Orijinallığı və xeyli məntiqiliyi ilə seçilən sitatda irəli sürülən müddəaya bir sıra əlavələr etmək, hesab edirik, yerinə düşər. Əvvəla qeyd edək ki, A.Nəbiyevə qədərki tədqiqatçıların əksəriyyəti öz əsərlərində “Koroğlu” və “Kitabi-Dədə Qorqud”u, eləcə də adıçəkilən müəllifin epos adlandıraraq ayırdığı  yuxarıda qeyd olunan digər xalq nəsri nümunələrini dastan hesab edərək, onları qəhrəmanlıq, bahadırlıq dastanları adlandırmışdır. Lakin iki sinonim sözü ayırıb, hər birini ayrı-ayrı anlamlarda mənalandırmaqla bir qədər yanlışlığa yol verməsinə baxmayaraq, A.Nəbiyevin fikrində də həqiqət var. Doğrudan da, müəllifin epos deyə ayırdığı qədim qəhrəmanlıq, bahadırlıq dastanlarında ümuminin ”“ elin, tayfanın, xalqın, hətta dövlətin mənafeyi ön plandadır. Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, Tufarqanlı Abbasın, Xan Kərəmin, Aşıq Qəribin, Qurbaninin və b. fərd olaraq uğrunda mübarizə apardığı insan hüquq və azadlıqları, mənəviyyat azadlığı, sevgi azadlığı özü belə mahiyyət etibarilə yenə birbaşa ümuminin mənafeyinə xidmət edir. Onların sonda öz arzularına çatıb, butalarına qovuşaraq qalib gəlməsi cəmiyyətdə haqqın, ədalətin qələbəsi anlamına gəlir. Fərq yalnız mübarizənin aparılması üsulundadır ki, bunun da obyektiv səbəbləri var. Birincisi dövr, zaman, həmin dövrlərdə mövcud olan ictimai formasiyalardır. Burada qəhrəmanın real durumunu, içində yaşadığı quruluşda, cəmiyyətdə, mənsub olduğu dövlətdə tutduğu mövqeyi, onun hansı səlahiyyətlərə malik olub-olmadığını nəzərdən qaçırmaq olmaz. Tufarqanlı Abbas, Aşıq Qərib, Qurbani, Xəstə Qasım və başqa məhəbbət dastanları qəhrəmanları təkcə öz şəxsi mənafeləri uğrunda mübarizə aparmırdılar. Onlar bir fərd olaraq öz şəxsi istəklərinə, sevgilərinə qovuşmaq uğrunda mübarizə aparmaqla yanaşı, eyni zamanda cəmiyyətdəki haqsızlıqlara, ədalətsizliklərə etiraz edib barışmamaqla, bütövlükdə xalqın, cəmiyyətin, hətta dövlətin (aydın məsələdir ki, dövlətin dayaqlarının möhkəmliyi, hakimiyyətinin uzunömürlüyü üçün gərəkən ən vacib şərtlərdən biri, bəlkə də birincisi onun haqq, ədalət üzərində bərqərar olması, qayda-qanunlarının ədalətliyi, xalqın, hər bir fərdin mənafeyini uca tutmasıdır) mənafeyinə xidmət etmiş olurdular ki, sonda butalarına qovuşaraq, çaldıqları qələbədən mənsub olduqları xalqa, cəmiyyətə, dövlətə də bolluca pay düşürdü.

Məğlubiyyətlərindən də eynilə. Odur ki, bizcə, məhəbbət dastanları, yuxarıda deyildiyi kimi, “ziddiyyət və təzadları, əkslikləri qoyulmuş yasaqlıqlar sərhədində əks etdirməklə kifayətlənir”  (13, 340) fikri o qədər də ədalətli qiymətləndirmə sayıla bilməz. Aşıq Abbasların, Dədə Kərəmlərin, Aşıq Qəriblərin, Aşıq Abdullaların, Aşıq Valehlərin və b. təmsil olunduqları dövlətdə ümuminin mənafeyi uğrunda vuruşmaq, öz arzu və ideallarını, ən ədalətli qayda-qanunları bərqərar etmək üçün elə də böyük səlahiyyətləri, qoşun toplamaq, qılınc çalmaq imkanları yox idisə də, arxalarında dayanan xəyali fövqəltəbii qüvvələrin köməyi ilə cəmiyyət və dövlət daxilində haqqın, ədalətin qələbəsi uğrunda mübarizə aparırdılar və sadəcə, müsbət nəticədə bu qələbədən onların özlərinə də kiçicik bir pay düşürdü ”“ sevgilərinə, butalarına qovuşurdular. Bu cür dastanlardakı ədalətli şah, paşa, sultan və s. obrazlar belə dövrün şahlarına, paşa və sultanlarına ibrət dərsi verərək, onları islah edib, haqq yoluna gətirmək məqsədi güdürdü.

Məhəbbət dastanlarımızın araşdırılması tarixində tədqiqatçılar tərəfindən onların olduqca müxtəlif səpkili təsnifatları verilmişdir. İsmayıl Hikmətdən tutmuş akademik Həmid Araslıya, Feyzulla Qasımzadəyə qədər neçə-neçə önəmli tədqiqatçı, o cümlədən, bu sahədəki xidmətləri misilsiz olan Məmmədhüseyn Təhmasib də dastanlarımıza fərqli-fərqli təsnifatlar vermişlər. Professor Təhmasibin təsnifatı ötən əsr üçün onlardan ən mükəmməl və nisbətən daha yüksək dəyərləndirilməyə layiq olanıdır desək, yəqin ki, yanılmarıq. Adıçəkilən müəllif əvvəlcə bütövlükdə dastanlarımızı üç əsas qrupa ayırmışdır: 

“I. Qəhrəmanlıq dastanları;

 II. Məhəbbət dastanları; 

III. Ailə-əxlaq dastanları” (14, 112).

Bu bölgüdən sonra tədqiqatçı məhəbbət dastanlarını yenidən öz daxilində yarımqruplara ayıraraq, onların daha mürəkkəb bölgüsünü aparmışdır: 

 

“1. Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar. 

  2. Əsl məhəbbət dastanları:

      a) nağıllarla bağlı məhəbbət dastanları,

      b) qədim eposla bağlı məhəbbət dastanları, 

      c) yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları, 

      ç) orijinal məhəbbət dastanları. 

  3. Məcazi məhəbbətə həsr edilmiş dastanlar: 

      a) astral dastanlar, 

      b) rəmzi dastanlar. 

III. Ailə-əxlaq dastanları” (14, 112).

Lakin bu mürəkkəb, pərakəndə bölgünün toplama və nəşr işlərinin həmin dövrdə qənaətbəxş səviyyədə olmaması üzündən tam dəqiq və düzgün olmadığını müəllif özü də anlayaraq etiraf etmişdir.  

 Məmmədhüseyn Təhmasibin o dövr üçün məqbul sayılan təsnifatını yüksək qiymətləndirən digər tədqiqatçı professor A.Nəbiyev isə 2006-cı ildə nəşr edilmiş “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində məhəbbət dastanlarımızın nisbətən sadələşdirilmiş və daha ağlabatan təsnifatını apararaq, öz bölgüsünü məntiqi cəhətdən geniş izahatlarla əsaslandırmağa çalışmışdır. Adıçəkilən müəllifin təklif etdiyi bölgünü qısa şəkildə təqdim edirik: 

“Məhəbbət dastanları: 

Nağıl motivləri əsasında yaranan dastanlar. 

Adi məhəbbət dastanları.

Avtobioqrafik dastanlar;

aşiq-məşuq dastanları;

butalanma yolu ilə yaranan dastanlar.

ç) Tacir-zadəgan həyatı və yazılı ədəbiyyatdan gəlmə süjetlər əsasında yaranan dastanlar.

3. ənənəvi süjetlər əsasında yaranan məhəbbət dastanları” (13, 350-351).

Qeyd edək ki, bu bölgünün özündə də həddən artıq mürəkkəblik və ümumiləşdirmədə təfərrüata varıb, çox xırdalıqlara enmək hiss edilir. Özündən əvvəlki bölgülərdən bir sıra üstünlükləri olmaqla yanaşı, günümüz üçün tam məqbul sayıla bilməyəcək cəhətləri də çoxdur. Lakin buna baxmayaraq, müəllifin geniş izahatlarla öz bölgüsünün professor Məmmədhüseyn Təhmasibin bölgüsündən daha üstün və düzgün hesab etdiyi cəhətlərini əsaslandıran qeydləri maraq doğurur və ağlabatanlığı ilə seçilir. Onlardan bəzilərini burada göstərmək, fikrimizcə, yersiz deyildir.

A.Nəbiyev əvvəlcə qeyd edir ki, ümumiyyətlə, məhəbbət dastanları “iki əsas mənbədən qaynaqlanıb, dastanlaşma prosesi keçirmişlər. Birincisi, məlum ən məşhur nağıllar aşıqların repertuarına düşməklə məhəbbət dastanı kimi işlənmişdir. İkincisi, aşıqlar eşitdikləri, şahidi olduqları aşiq və məşuqların məhəbbəti əsasında dastanlar qoşub-düzmüşlər.  ...Ona görə də məhəbbət dastanlarını qəhrəmanlıqla məhəbbət hüdudlarında dayanan və ya əsl məhəbbət dastanları kimi qruplara ayırmaq məqbul deyildir. Çünki məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar nağıl motivləri əsasında aşıq repertuarında elə əsl məhəbbət süjeti kimi dastanlaşma mərhələsi keçərək cilalanmışlar” (13, 353-354).

Hesab edirik ki, sitatda irəli sürülən irad məntiqlidir. Lakin göstərilən, təklif edilən yeni variant o qədər də məqbul deyil. Çünki burada da xeyli mürəkkəblik və təfərrüatavarma hiss olunur. Düzdür, tədqiqatçının apardığı yeni bölgüdə ikinci qrupda məhəbbət dastanları vahid başlıq altında verilmişdir. Lakin bu qrupun daxilindəki yarımqruplar sayca çoxluq təşkil edir və bölgü qeyri-dəqiq aparılaraq, necə deyərlər, çox xırdalanmışdır. Məsələn, “adi məhəbbət dastanları” deyə adlandırılan yarımqrupa hansı dastanların daxil edildiyi və bu cür adlandırmanın nə dərəcədə ədalətli olması şübhə doğurur. Bundan əlavə, “aşiq-məşuq dastanları” və “butalanma yolu ilə yaranan dastanlar” adlı iki yarımqrupun ayrılmasına da, fikrimizcə, ehtiyac yoxdur. Həm də “butalanma” sözü yerinə düşmür, əslində, “butaalma” olmalıdır. Bunların hər ikisi hətta eyni qrupda da verilə bilərdi. Daha sonra, məhəbbət dastanlarımızın bir çoxunun dastan qəhrəmanı olan ustad aşığın özü və ya ondan sonra gələn hər hansı bir aşıq, yaxud aşıqlar tərəfindən yaradılması dəqiq məlum olmadığından, hesab edirik, “avtobioqrafik dastanlar” adlı yarımqrup ayırmaq da məntiqli görünmür. Eləcə də “tacir-zadəgan həyatı və yazılı ədəbiyyatdan gəlmə süjetlər əsasında yaranan dastanlar” adı altında bölgü aparmaq, bizcə, məqsədəuyğun deyil. Çünki mövzu çox xırdalanmış olur. Nəhayət, “Ənənəvi süjetlər əsasında yaranan məhəbbət dastanları” adı altında tədqiqatçının yeni üçüncü bir qrup təklif etməklə buraya hansı qəbil məhəbbət dastanlarımızı aid etmək fikrində olduğu aydınlaşmır. Çünki o, bundan əvvəlki yarımqruplarda artıq buraya aid edilə biləcək dastanlara gen-bol yer ayırmış olur.  

Folklorşünaslığımızın, eləcə də məhəbbət dastanlarımızın müasir dövrümüzdə dəyərli araşdırıcılarından olan professor Füzuli Bayatın da dastanlarımızın təsnifatı ilə bağlı özünəməxsus qeydləri maraq doğurur. “Dastan xalqın özü tərəfindən söylənən sözlü tarixidir; şifahiləşmiş, ümumiləşdirilmiş, anaxronizmlərlə, sürüşmələrlə dolu tarixidir” (5, 256) deyən müəllif dastanlarımızın olduqca qısa, lakonik bölgüsünü aşağıdakı şəkildə aparır:

 

   “1. Qəhrəmanlıq dastanları; 

Məhəbbət dastanları;

1a. Qaçaq dastanları; 

2a. Dini-irfani dastanlar” (5,256-266).

 

Qeyd edək ki, folklorşünaslıq elmimizin, o cümlədən, məhəbbət dastanlarımızın bu bölmədə adlarını çəkdiyimiz əksər araşdırıcılarının fikir və mülahizələri, məhəbbət dastanlarının yaranma yollarını, onların təsnifatını müəyyənləşdirmək istiqamətində irəli sürdükləri təkliflər, müddəalar hər biri özlüyündə əhəmiyyət daşıyır və bütün bunlar ən böyük həqiqətə, reallığa daha da yaxınlaşmaq istiqamətində atılan addımlar kimi yüksək dəyərləndirilməyə layiqdir.

Hələliksə araşdırmalar, tədqiqatlar, fikir mübadilələri, mübahisələr və s. davam etməkdədir. Bizim fikrimizcə isə, indiki vəziyyətdə dastanlarımızın təsnifatı ilə bağlı professor F.Bayatın apardığı bölgü ilə xeyli böyük ehtimalla razılaşmaq daha məqsədəuyğundur. Lakin buna baxmayaraq onu da qeyd edək ki, xüsusən məhəbbət dastanlarımızın daha ədalətli, daha məntiqəuyğun, dəqiq bölgüsü növbəti tədqiqat əsərlərində ortaya qoyulacaqdır. Bu mənada gələcək araşdırıcıların üzərinə daha böyük məsuliyyət düşür.

İşin elmi yeniliyi: Məqalədə klassik məhəbbət dastanlarının araşdırılma tarixi və irəli sürülən müddəalara məntiqi-tənqidi münasibət ortaya qoyulur.

İşin elmi nəticəsi: Məqalədə klassik məhəbbət dastanlarının araşdırılma tarixi elmi-nəzəri müstəvidə xroniki ardıcıllıqla izlənilərək, ətraflı saf-çürük edilmiş, tənqidi münasibət və yeni elmi-mənqidi qənaətlər əldə edilmişdir

 

Cəmilə Çiçək (İsbəndiyarova)

                                               

AMEA Folklor İnstitutunun doktorantı

 

Oxşar xəbərlər
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydub
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak səfər edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:22
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 14:26
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:22
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 14:26
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB