DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
Cəmiyyət
5856
20 May 2024 | 17:05

DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO

Tanınmış radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist, İctimai radionun direktoru Məmmədəli Məmmədov (DJ Fateh) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə təlim keçib.
 
Moderator.az xəbər verir ki, təlimdə mediada yeni məzmunun yaradılması, rəqəmsal mühitdə media və auditoriya məsələləri, süni intellektin jurnalistikaya təsiri barədə tələbələrə məlumat verilib. Qonaq İctimai radionun timsalında radiojurnalistikanın inkişaf dinamikası, perspektivləri, podkast üçün mövzu seçimi, bu sahədə mövcud imkanlar haqqında danışıb.
Görüşdə süni intellektin inkişafının jurnalistikaya müsbət və mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb, qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.    
Sonda DJ Fateh tələbə-jurnalistlərlə görüş imkanının yaradıldığına görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib, belə təlimlərin həm də gənclərin işlə təmin olunmaq fürsətlərini genişləndirdiyini vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər