Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
Siyasət
Oxunub: 3896
14 May 2024 | 17:38
Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir. “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Təkcə mayın 13-də İrəvanda etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb. Düzdür, onlar bir neçə saat sonra sərbəst buraxılıb, lakin bu “mərhəmət” heç də həmişə müşahidə olunmur. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb. Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb.
 
Jurnalistlərin hadisələri işıqlandırmasına, peşə fəaliyyətini yerinə yetirməsinə mane olan polisin qanunsuz əməlləri Ermənistan Jurnalistlər İttifaqının da etirazına səbəb olub. İttifaqın etiraz bəyanatında vətəndaşların kütləvi həbsi zamanı xüsusi təyinatlı polis dəstəsinin və post-patrul xidməti əməkdaşlarının polis zorakılığını qeydə alan 24news.am əməkdaşı Meri Manukyana zorakılıq göstərməsi, bu zaman onun huşunu itirməsi, yaxud başqa bir epizodda polis əməkdaşının pilləkənlərlə qalxan ABC Media-nın operatoru Mher Davtyanı qəsdən arxadan itələyərək yıxması, onun əlindən xəsarət almasına səbəb olması faktları sadalanır. İttifaq Ermənistan hakimiyyətinin iqtidaryönlü media nümayəndələrinə isə yumşaq, həlim münasibət göstərməsini, müxalifət jurnalistlərinə ikili standartlar və təzyiq metodu seçməsini tənqid edir. Media nümayəndələrinə sonuncu təzyiq faktı isə mediahub.am saytının əməkdaşı Nare Qevorkyanın polis maşını tərəfindən vurulmasıdır. Ayağından xəsarət alan jurnalist tibbi klinikalardan birinə yerləşdirilib.
 
Göründüyü kimi, Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunur.
 
Burda məsələ fırıldaqçı keşiş Baqratın təşkil etdiyi aksiyalar deyil, məhz Ermənistan polisinin davranışları, zorakılığı, aqressivliyi, həbsləridir.
 
Məsələnin ən maraqlı tərəfi isə "Human Rights Watch”, "Amnesty İnternational", "Fredoom House” kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının bunlara heç bir əsaslı reaksiya verməməsidir.
 
Ermənistanla paralel siyasi gərginliyin yaşandığı, kütləvi etirazlara meydan olan qonşu Gürcüstanla bağlı isə vəziyyət fərqlidir. Hakim “Gürcü Arzusu” partiyasının ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə qəbul etmək planlarına qarşı davam edən etiraz aksiyaları bütün adıçəkilən hüquq təşkilatları, Qərb ölkələrinin səfirləri və XİN əməkdaşları tərəfindən diqqətlə izlənilir.
 
Tbilisidəki etirazları mikroskop altında müşahidə edən Qərb aksiyalar zamanı qeydə alınan istənilən kiçik pozuntuları, güc tətbiqini dərhal qeydə alır, etiraz dolu bəyanatlar səsləndirir. Çünki “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini öz maraqlarına təhlükə görür. Buna görə ABŞ Dövlət Departamenti, Fransa və digər Avropa ölkələrinin XİN-i, Avropa Şurası və Avropa parlamenti ilə yanaşı, özlərini insan hüquqlarının qoruyucusu elan edən təşkilatlar etiraz aksiyalarında polis zorakılığını pisləyir, pozuntuları tirajlayır.
 
Misal üçün, İrəvanda baş verənlərə susan "Amnesty İnternational” təşkilatı Gürcüstan hakimiyyətindən “dinc nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiqini dayandırmasını və günahkarları məsuliyyətə cəlb etməsini” tələb edib. Özlərini hüquq müdafiəçisi kimi təqdim edən bu tip təşkilatların bəyanatları Qərb ölkələrinin XİN-i tərəfindən yayılan bəyanatlarla çox oxşar səslənir, eyni tezislərdən ibarət olur. ABŞ Dövlət Departamenti, Fransa XİN, Avropa İttifaqının açıqlamalarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi barədə tələb “Amnesty İnternational” və digər təşkilatlar tərəfindən də eynən təkrarlanır. Bu isə həmin təşkilatların müstəqilliyini sual altına qoyur, Qərbin xoşuna gəlməyən məsələlərin insan haqları sahəsindəki “problemlər” yolu ilə əsaslandırılaraq qarşı tərəfə yeridilməsindən xəbər verir.
 
Yəni, Ermənistan və Gürcüstandakı oxşar aksiyalarla bağlı ortaya qoyulan yanaşma Qərbin demokratiya anlayışının vahid, standart və bərabər prinsiplərdən ibarət olmadığını, sırf öz maraqlarına uyğun formada, təhrif edilmiş şəkildə həyata keçirildiyini göstərir.
 
Belə çıxır ki, nə qədər Paşinyan və onun başçılıq etdiyi hökumət qərbyönümlü siyasət yürüdür, Rusiyanın təsir orbitindən çıxmağa doğru gedir, nə Qərb hökumətləri, nə də onların təsiri altında olan QHT-lər Ermənistandakı aksiyalarda polis zorakılığına, həbslərə, qondarma ittihamlara, jurnalistlərə təzyiqlərə, siyasi opponentlərin saxlanılmasına, hətta ölümünə (2019-cu ildə Ermənistan Qartalları-Vahid Ermənistan partiyasının sədr müavini Mher Yeqizaryan həbsxanada aclıq aksiyası nəticəsində ölüb-red.) səs çıxaracaq. Ən azı son illər görünən tendensiya, Azərbaycan və Gürcüstanla Ermənistan arasında qoyulan fərq bunu deməyə əsas verir. Ermənistanda baş verənlər repressiyaların, jurnalistlərə təzyiqin kiçik bir hissəsi Azərbaycanda olsaydı, bunun Qərbdə doğuracağı siyasi sunami effektini təsəvvür etmək çətin deyil. Son günlər Tbilisi və İrəvanda gedən oxşar proseslərə fərqli yanaşma bunu bir daha sübut edir.
 
Gəlinən nəticə budur ki, Qərb üçün insan haqları, media azadlığı, sərbəst toplaşma hüququ ölkələr üzrə dəyişir. Hansı ölkə Qərb ölkələri, Qərb institutları ilə əməkdaşlıq edir, onların istədiyi kimi davranır – indiki halda Ermənistan kimi – orada bütün sadalanan haqları tapdalamaq, polis zorakılığına göz yummaq olar. Hansı ölkə Qərbin iradəsinin əksinə gedir, həmin ölkələrdə havada uçan milçəyin belə hüquqlarının qorunması qərbdəkilər üçün çox vacibdir.
 
Bu həqiqəti artıq hər kəs görür və anlayır. Odur ki, ABŞ, Fransa və digər ölkələrin, eləcə də adını hüquq müdafiə təşkilatları qoyan qurumların səsləndirdiyi bəyanatları heç kim ciddi qəbul etmir. /APA Analytics/
Oxşar xəbərlər
20:55, Bu gün
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
20:48, Bu gün
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
20:40, Bu gün
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
20:30, Bu gün
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
20:23, Bu gün
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
20:15, Bu gün
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
20:10, Bu gün
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
20:00, Bu gün
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
19:53, Bu gün
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
19:45, Bu gün
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
19:40, Bu gün
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
19:30, Bu gün
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
19:18, Bu gün
Xamneyi İsraillə bağlı əmr verdi
19:10, Bu gün
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
19:05, Bu gün
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
18:58, Bu gün
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
18:53, Bu gün
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
18:50, Bu gün
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
18:42, Bu gün
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
18:30, Bu gün
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
18:16, Bu gün
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
18:08, Bu gün
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
18:00, Bu gün
Arda Gülər üçün 95 milyonluq təklif
17:48, Bu gün
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
17:44, Bu gün
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
17:42, Bu gün
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
17:40, Bu gün
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
17:38, Bu gün
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
17:34, Bu gün
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
17:30, Bu gün
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
17:26, Bu gün
“ATV Plus” 5 min manat cərimələndi
17:22, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
17:18, Bu gün
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
17:13, Bu gün
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
17:07, Bu gün
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
17:02, Bu gün
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
16:57, Bu gün
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
16:52, Bu gün
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
16:47, Bu gün
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
16:45, Bu gün
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
16:38, Bu gün
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
16:33, Bu gün
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
16:28, Bu gün
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
16:23, Bu gün
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
16:18, Bu gün
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
16:13, Bu gün
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
16:08, Bu gün
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
16:03, Bu gün
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
15:54, Bu gün
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
15:48, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
15:42, Bu gün
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
15:37, Bu gün
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
15:32, Bu gün
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
15:26, Bu gün
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
15:20, Bu gün
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
GÜNLÜK
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyəvi əyləncədir"
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyəvi əyləncədir"
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun