08:51
19°C
Bakı
İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında Yaxın Şərqdə hərbi münaqişə kəskinləşərsə, qlobal iqtisadiyyat maliyyə çətinliyi ilə üzləşə bilər.
Bunu “Allianz” şirkətinin baş iqtisadi müşaviri Mohamed əl-Erian deyib.
Onun sözlərinə görə, regionda eskalasiya başlayandan bəri bu cür risklər artıb, münaqişə nə qədər uzun davam etsə, qlobal iqtisadiyyata mənfi təsir bir o qədər çox olacaq.
Belə ki, ən pis ssenaridə qlobal ÜDM artımının azalması sürətlənəcək və inflyasiya yüksələcək.
O əlavə edib ki, Yaxın Şərqdə geosiyasi gərginlik yaranarsa, qlobal iqtisadiyyat bazarları daha geniş şəkildə parçalanması riski ilə üzləşəcək.