Avropa Liqasının finalçıları müəyyənləşdi
İdman
176
08:15, Bu gün

Avropa Liqasının finalçıları müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İngiltərənin “Aston Villa” və Almaniyanın “Frayburq” klubları turnirin finalına yüksəlib.
 
Moderator.az xəbər verir ki, yarımfinal mərhələsində “Aston Villa” İngiltərənin “Nottingem Forest” komandasını mübarizədən kənarlaşdırıb.
 
İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan komanda cavab görüşündə rəqibini 4 cavabsız qolla darmadağın edib.
 
“Frayburq” isə Portuqaliyanın “Braqa” klubunu üstələyib. Almaniya təmsilçisi ilk matçda səfərdə 1:2 hesabı ilə uduzsa da, doğma meydanda 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
 
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 20-də İstanbulda keçiriləcək. Görüşə “Beşiktaş”ın ev stadionu ev sahibliyi edəcək.
 
Məlumata görə, “Aston Villa”nın baş məşqçisi Unai Emeri karyerasında altıncı dəfə Avropa Liqasının finalında iştirak edəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər