Fransa DİN antisemitizmə görə yüzlərlə insanın saxlanıldığını açıqlayıb
Dünya
1786
23 Oct 2023 | 22:23

Fransa DİN antisemitizmə görə yüzlərlə insanın saxlanıldığını açıqlayıb

Fransada Yaxın Şərqdəki eskalasiya fonunda iki həftə ərzində 336 nəfər antisemitizm hərəkətlərinə görə saxlanılıb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində bildirib.

“Oktyabrın 7-dən indiyədək 588 antisemitizm aktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində 336 nəfər saxlanılıb”, - nazirin paylaşımında deyilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər