Daha 175 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb
Cəmiyyət
1420
17 Jul 2023 | 09:30

Daha 175 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb

İyulun 16-da 281 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində (DİM) beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 175 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

“Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar”, - məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər