"Priqojinin qiyamı Kremlin içiboş müqəvva olduğu barədə şübhələri məhv edib..."
"Priqojinin könüllülərdən və məhkumlardan ibarət intizamlı və döyüş qabiliyyətli hərbi bölməsi səhnədən gedir və duqqəti Rusiyanın özünə yönəldir..."
Vladimir Putin Rusiyada bütün 23 illik hakimliyi dönəmində öz hakimiyyətinə ən ciddi təhlükə ilə üzləşib. Bütün bu müddət ərzində onun total nəzarətinin gözlərimiz önündə çökdüyünü görmək heyrət doğurur.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Rusiyanın Ukraynada müharibəsinin gerçək uğurzusluqlarına rəğmən, Putin müəyyən dərəcədə, hər halda öz evində taktikanın mahir ustası nüfuzunu saxlamağa müvəffıq olub. "Vaqner qrupu" rəhbərinin ilk tabe olmamaq epizodları tamaşaya bənzəyib, bu, Putinin "parçala-hökm sür", öz generallarını onları açıq tənqid edən sadiq əlaltısının köməyilə gərginliklə saxlamaq cəhdi kimi qiymətləndirilib.
Bir neçı ay ərzində Yevgeni Priqojin Rusiyanın hərbi rəhbərlərinə qarşı səhnələşdirilmiş çıxışlar edib. O, müdafiə naziri Sergey Şoyqu və Baş komandan Valeri Gerasimovu tənqid atəşinə məruz qoyaraq onları səriştəsizlikdə və müharibə aparmaq qabiliyyətində olmamaqda ittiham edib. Eyni zamanda, Priqojin şəxsən Putini günahlandırmaqdan vaz keçib, iddia edib ki, hərbi zümrə Ali Baş Komandanı aldatmaqla məşğuldur.
Son saatların dramatik hadisələri onu göstərir ki, əgər Priqojinin Şoyquya qarşı səlib yürüşü yuxarıdan sanksiyalaşdırılıbsa da, o zaman istənilən belə razılaşmalar ləğv edilir.
"Vaqer"in zirehli kolonu Rusiyaya Ukraynanın işğal edilmiş şərqindən xüsusi müqavimətlə rastlaşmadan daxil olub. "Vaqner"in qoşunları Rusiyanın Cənub Hərbi Dairəsinin qərargahı və Rusiya qüvvələri üçün mühüm logistik qovşağı yerləşən Rostov-Donda əsas binaları ələ keçirib.
Təlaşa düşən rusiyalı generallar Priqojini geri çəkilməyə və "dövlət çevrilişinə" son verməyə çağırış edib. Moskva küçələrində Müdafiə Nazirliyini və digər bürokratik mərkəzləri mümkün daxili hücumdan mühafizə etmək üçün zirehli transportyorlar hərəkət edib.
Priqojin Şoyqunun istefasını və bütün Baş Qərargahın əvəzlənməsini tələb edib. Lakin şənbə günü Putinin öz çıxışında qiyamı "xəyanət" adlandırması bu perspektivin üzərindən xətt çəkmiş olub.
Rusiya elitası qarşısında prezidentin laxlayan rejimi ilə onun öz çirkli işinin icrası üçün yaratdığı və öz yaradıcılarına qəsd edən zülmət doğuran Frankenşteyn arasında seçim etmək lazım gəlib.
Bu, həm də rusiyalı hərbçilər üçün aydınlıq məqamı olub. Hələ bir neçə il öncə Priqojinin ritorikası onunla nəticələnə bilərdi ki, dəbilqəli xüsusi elit bölmələri onu neytrallaşdırardı. Amma bu gün o, sərbəst azadlıqda gəzir, açıq şəkildə Moskvaya yürüş ermək niyyətində olub. Bəs FTX-nın xüsusi təyinatlıları haradadır?
Müharibədə dağılıb, yoxsa silahlı və təcrübəli "vaqnerçilər"lə döyüşə girmək istəmir?
Bu, Moskvanın zəif göründüyü ilk belə hal deyil. May ayında Kremlə pilotsuz uçuş aparatlarının hücumu Putinin ətrafında olan elitanı nədən paytaxtın müdafiəsinin belə zəif olması barədə düşünməyə vadar edib. Bir neçə gündən sonra şəhərətrafı elit evlər Ukraynanın daha bir pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. İndiki hadisələr Kremlin içiboş müqəvva olduğu barədə şübhələri məhv edib.
Hətta qiyamın tez bir zamanda "yatırılması"na rəğmən, zərbə dalğaları hələ bir neçə ay davam edəcək, siyasi qeyri-sabitliyi qidalandıracaq, Putinin ölkəni və həm də müharibəni idarə etmək qabiliyyətini şübhə altına alacaq.
Bütün bunlar Ukrayna üçün xeyli imkanlar yaradır. "Vaqner" qüvvələri işğal edilmiş Donetsk və Luqansk vilayətlərində yerləşib. Son 24 saat ərzində onların bəziləri Rusiyaya geri dönüb. Ukrayna qoşunlarının Baxmutda artıq bir neçə ay ərzində gedən döyüşlər nəticəsində dağıdılmış bir neçə küçələri geriyə alması barədə ilk məlumatlar var.
Priqojinin könüllülərdən və azad edilmiş məhkumlardan ibarət özəl ordusu Rusiya ordusuna nisbətən özünü intizamlı və qabiliyyətli hərbi bölmə kimi göstərib. İndi bu ordu səhnədən gedir və diqqəti Rusiyanın özünə yönəldir.
İyun ayında Ukrayna Qərb silahından istifadə edərək çoxdan gözlənilən əkshücuma başlayıb. İrəlilıləyiş ləng gedir. Bəzi müşahidəçilər müharibənin dalana doğru getməsi, mövcud cəbhə xəttinin fe-fakto yeni sərhəd olacağı barədə ehtiyyatla güman etməyə başlayıb.
Priqojinin hakimiyyəti ələ keçirmək cəhdi bu dəyərləndirmələri dəyişir. Bu yay Ukraynanın cəbhəni yarması şansları kəskin surətdə artıb. Əgər rusiyalı hərbçilərin mənəvi ruhu çökərsə, əsgərlər döyüşmək istəməsələr, ərazi tez bir zamanda azad edilə bilər.
Priqojin Moskvayadək gedib çatmayıb və Kremlin nəzarətinin əsasları çökməyib. Lakin zəifləmiş Putin öz gücünü sübut etməyə məcburdur, irrasional davranış sərgiləyə və getdikcə yeni səhvlər buraxa bilər, bu da həm ukraynalılar və onların müttəfiqləri, həm də Rusiyanın daxilində müqavimət üçün imkanlar yaradır.
Putin rejiminin nə zamansa əvvəllki yüksəkliklərə qayıdacağını təsəvvür etmək mümkün deyil. Bundan sonra təlatümlər və dəyişikliklər qaçılmazdır.
Müəllif: Aleksandra Appelberq