Rusiya XİN:
Dünya
1447
24 Jun 2023 | 19:22

Rusiya XİN: "Biz Qərb ölkələrini Rusiyadakı daxili vəziyyətdən mümkün istifadədən çəkinməyə çağırırıq"

Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyadakı daxili vəziyyətdən mümkün istifadə ilə bağlı hər hansı eyhamlara qarşı xəbərdar edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında cavab tapa bilməz.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilən məlumatda deyilir.

“Əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq”, - bəyanatda deyilir.

"Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, ədalətli çoxqütblü dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimiz və xarici tərəfdaşlarımız tərəfindən bu prinsipial mövqenin başa düşülməsini yüksək qiymətləndiririk”, - XİN-dən qeyd ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər