Amerika Erməni Milli Komitəsi (ANCA), ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin üzvü olan Florida ştatından respublikaçı konqresmen Randy Finein milli podkastda, “ermənilərin Konqresdə xidmət etməsini istəmirik”, – deməsindən sonra ölkə miqyasında tənqid kampaniyasına rəhbərlik edir. Bu bəyanat ABŞ siyasi spektrinin müxtəlif təbəqələrində — konqres üzvləri, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri arasında sərt reaksiya səbəb olb.
Fine bu sözləri “The Jenny Beth Show” proqramında deyib. O, əvvəlcə respublikaçı praymerizdəki rəqibi Dan Bilzerianın erməni mənşəyini hədəfə alıb, daha sonra hücumunu ümumilikdə erməni-amerikalılara yönəldib. “Biz bunun partiyamızda kök salmasını, ermənilərin Konqresdə xidmət etməsini istəmirik”, – Fine qeyd edib.
ANCA-nın icraçı direktoru Aram Hamparian məsələyə belə münasibət bildirib:
“Randy Finein erməniləri hədəfə alan irqçi çıxışı təəccüblü deyil — axı o, bu yaxınlarda 150 min erməni xristianın etnik təmizlənməsindən çıxmış, “soyqırımı törədən tərəf” kimi təqdim edilən Azərbaycana silah yardımı etməyə yönəlmiş qanun layihəsini dəstəkləyir. Belə nifrət dolu radikalın Konqresdə yeri yoxdur.”
Finein bu çıxışı onun qanunvericilik fəaliyyətinə də uyğun gəlir. Florida respublikaçısı Anna Paulina Luna tərəfindən təqdim edilmiş H.R.6534 qanun layihəsinin həmmüəllifidir. Bu layihə ABŞ-ın Azərbaycana yardımına qoyulan məhdudiyyətləri aradan qaldırmağı nəzərdə tutur.
Hamparian əlavə edib:
“ANCA bu qanun layihəsinə qəti şəkildə qarşıdır. Bu, Azərbaycan tərəfindən erməni əsilli şəxslərə qarşı işgəncələrin, mədəni irsin dağıdılmasının və ərazilərin işğalının mükafatlandırılması deməkdir.”
ANCA ölkə üzrə kampaniya başladaraq ABŞ Konqres üzvü Lunadan, “Niyə vergi ödəyən vətəndaşların vəsaiti Azərbaycana yönəlməlidir”, – deyə soruşur.
Fine geri addım atmadı
Üzr istəmək əvəzinə, Fine iki gün sonra çıxışını daha da sərtləşdirdi.
O, “X” sosial şəbəkəsində yazaraq digər etnik qrupları da hədəfə aldı:
“Ermənilər Konqresdə xidmət etməməlidir. Somalililər də yox. Qvatemalalılar da yox. Hətta gözləyin, israillilər də yox.”
Tənqidçilər qeyd etdilər ki, israillilərin əlavə edilməsi əvvəlki çıxışın təsirini yumşaltmaq cəhdi idi.
Konqres üzvləri Finei qınadı
Finein açıqlamaları ABŞ Konqresində də ciddi reaksiyaya səbəb oldu.
Konqresmen Brad Sherman bildirib:
“Finein erməni-amerikalıların Konqresdə xidmət etməməli olduğu ilə bağlı fikirləri həm iyrənc, həm də absurddur. ABŞ-da heç kim etnik mənsubiyyətinə görə kənarlaşdırılmır.”
Konqresmen Laura Friedman qeyd edib:
“Hər bir amerikalı bu fikirlərdən iyrənməlidir. Erməni-amerikalılar orduda xidmət edir, biznes qurur və bu ölkəyə töhfə verirlər.”
Digər konqresmenlər də bu çıxışları “açıq irqçilik” kimi qiymətləndiriblər.
Media reaksiyası və təzyiq artır
ANCA-nın reaksiyası “Newsweek” və “Washington Examiner” kimi media orqanlarında da işıqlandırılıb.
Finein çıxışları onun həm ritorikasına, həm də dəstəklədiyi qanun layihələrinə görə artan tənqidlərə səbəb olub.
ANCA rəsmiləri bildirir: “Bu, sadəcə irqçilik deyil, siyasi baxımdan qəbuledilməz mövqedir.”