İdman
1493
21 Jun 2023 | 19:15

"Neftçi"nin Regekampfa ödədiyi təzminat bəlli olub

"Neftçi"dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminat bəlli olub.

 "Ağ-qaralar" rumıniyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib.

48 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.

Link kopyalandı!
Son xəbərlər