DİM qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib
Cəmiyyət
1502
21 Jun 2023 | 18:51

DİM qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib

2023/2024-cü tədris ili üçün musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər müvafiq link vasitəsilə qeydiyyatdan keçib buraxılış vərəqəsini çap edərək imtahan binasına gələ bilərlər.

Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, konsertmeyster müşayiət edəcəyi abituriyentin imtahana buraxılış vərəqəsi çıxdıqdan sonra özü üçün buraxılış vərəqəsini çap edə bilər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər.

Konsertmeyster əvvəlcə //ekabinet.dim.gov.az//  linkinə daxil olub “Şəxsi kabinet” açmalıdır. Sonra “Şəxsi kabinet”in istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmaq lazımdır. Sistemə daxil olduqdan sonra “Əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basıb məlumatları yadda saxlamaq və buraxılış vərəqəsini çap etmək lazımdır.

Link kopyalandı!
Son xəbərlər