ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb
Dünya
3615
21 May 2023 | 21:30

ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb

Bir çox ölkələr Ukraynaya dəstəyi zəiflədib və Rusiya ilə biznes əlaqələrini bərpa etməyə ümid edirlər.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə Avropa İttifaqı Ukrayna tərəfini zəif dəstəkləyir.

Onlar Kiyevə az-az silah verirlər.

Bildirilib ki, bir çox Qərb siyasi liderləri, o cümlədən ABŞ-də olanlar münaqişənin genişlənməsindən və Rusiyanın nüvə silahından istifadə etməsindən qorxurlar.

“Ukraynanın müstəqilliyini sözlə təşviq etsələr belə, onların ümumi məqsədi Moskvanı daha geniş və daha dağıdıcı münaqişəyə sövq etmək deyil”, - deyə vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər