Birinci sinfə qəbulda narazı qalan valideyn hara müraciət etsin? - MÜTDA açıqladı
Elm və Təhsil
137
09:50, Bu gün

Birinci sinfə qəbulda narazı qalan valideyn hara müraciət etsin? - MÜTDA açıqladı

Birinci sinfə qəbulda şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsindən narazı qalan valideynlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Bu barədə Moderator.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəticədən narazı qalan valideynlər (qanuni nümayəndələr) 14 may tarixindən 3 iyun tarixinədək www.mektebeqebul.edu.az saytındakı şəxsi kabinetin “Əlaqə” bölməsi vasitəsilə yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.

Agentlikdən həmçinin bildirilib ki, valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin edilməyəcək. Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün təkrar müsahibə təşkil olunmur. Apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər