Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib
Siyasət
3478
21 May 2023 | 19:15

Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.

 Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.

Link kopyalandı!
Son xəbərlər