Rusiya Müdafiə Nazirliyi: Baxmutun azad edilməsi başa çatıb
Dünya
3574
21 May 2023 | 16:00

Rusiya Müdafiə Nazirliyi: Baxmutun azad edilməsi başa çatıb

Artyomovsk (Baxmut) şəhərinin azad edilməsi başa çatıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Artyomovski taktiki istiqamətində, Vaqner dəstələrinin hücum hərəkətləri nəticəsində "Cənub" qüvvələr qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Artyomovsk şəhərinin azad edilməsi başa çatdı” - Müdafiə Nazirliyinin gündəlik xəbər bülletenində bildirilir.

Məlumatda o da qeyd edilib ki, Artyomovsk vilayətində gün ərzində təyyarələr altı uçuş həyata keçirib, qrupun artilleriyası isə 69 atəş missiyasını yerinə yetirib.

Link kopyalandı!
Son xəbərlər