Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub - YENİLƏNİB
Hadisə
3687
21 May 2023 | 14:50

Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub - YENİLƏNİB

Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il Zahir Səfərov dünyasını dəyişib.

Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Araşdırma aparılır.

14:32

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahid Zəfərov və 1971-ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində ölüb.

İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.(report) 

Link kopyalandı!
Son xəbərlər