Premyer Liqa:
İdman
264
21:18, Bu gün

Premyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi

Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

Moderator.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 78-ci dəqiqədə Martins Junior vurub.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.

Misli Premyer Liqasının 30-cu turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.

Moderator.az xəbər verir ki, cari mövsüm çempionluğu rəsmiləşdirən "bayquşlar" səfərdə 3:0 hesablı qələbəyə seviniblər.

Qolları Stiv Solvet (37), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1 pen.) vurublar.

Bu nəticədən sonra lider "Sabah" xallarının sayını 75-ə çatdırıb. "Şamaxı" isə 35 xalla səkkizinci sırada qalıb.

Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

Moderator.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər