Sudan ordusu atəşkəs razılaşmasının siyasi aspektə təsir etmədiyini bildirib
Dünya
3486
21 May 2023 | 14:05

Sudan ordusu atəşkəs razılaşmasının siyasi aspektə təsir etmədiyini bildirib

Sudanda silahlı münaqişə tərəflərinin əldə etdiyi 7 gün müddətinə humanitar atəşkəs haqqında razılaşma hərbi-texniki razılaşmaları nəzərdə tutur və siyasi aspektə təsir etmir.

Bu barədə bazar günü Sudan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

“Saziş heç bir siyasi vəziyyəti müzakirə etmədən müvəqqəti atəşkəs tədbirlərinin hərbi və texniki aspektləri ilə məhdudlaşır” - Ordu öz Facebook səhifəsində bildirib.

Link kopyalandı!
Son xəbərlər