KİV: İŞİD terrorçuları İraqda iki polisi öldürüb
Dünya
3550
21 May 2023 | 13:46

KİV: İŞİD terrorçuları İraqda iki polisi öldürüb

İraqın "Əl-Həşd əl-Əşairi" xalq asayiş qüvvələrinin azı iki üzvü "İslam Dövləti" terrorçularının döyüş əməliyyatı nəticəsində həlak olub.

Bu barədə bazar günü Shafaq News portalı təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bazar günü səhər saatlarında silahlı qrup Bağdadın şimalında yerləşən Tərmiyə şəhərində yaşayış binasına hücum edib, bundan sonra onlar naməlum istiqamətə qaçıblar.

Hücum nəticəsində xalq asayiş qüvvələrindən iki nəfər həlak olub, iki nəfər yaralanıb, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır.

Link kopyalandı!
Son xəbərlər