Azərbaycan millisinin voleybolçusu Rumıniya Kubokunun qalibi olub
İdman
3294
15 May 2023 | 09:07

Azərbaycan millisinin voleybolçusu Rumıniya Kubokunun qalibi olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.

28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.

Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, "CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər