21:45
10°C
Bakı
Rusiyalı aparıcı, "Birinci kanal" ("Pervıy kanal") da yayımlanan populyar "İnsan və qanun" verilişinin müəllifi Aleksey Pimanov vəfat edib. Onun 64 yaşı var idi.
Moderator.az bildirir ki, "Birinci kanal" aparıcının ölümü barədə MAKS mesencerində xəbər verib.
"İstedadlı jurnalist, rejissor, prodüser. O, 25 il ərzində "İnsan və qanun" proqramını aparıb. Üstəlik, filmlərə ssenarilər yazmağa, onları çəkməyə və "Krasnaya zvezda" mediaholdinqinə rəhbərlik etməyə də vaxt tapırdı", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, A.Pimanov ürək çatışmazlığından vəfat edib.