BDU tələbələri Səfəvilərin dövlətçilik tariximizdəki rolunu araşdırıblar - FOTO
Cəmiyyət
3571
25 Apr 2023 | 15:37

BDU tələbələri Səfəvilərin dövlətçilik tariximizdəki rolunu araşdırıblar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səfəvilərin dövlətçilik tariximizdə rolu” adlı elmi seminar keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan bildirilib.
 
Seminarda 4 məruzə dinlənilib. Fakültənin TEC  rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova Azərbaycanın dövlətçilik tarixi, Səfəvilər dövlətinin önəmli rolu barədə məlumat verib. 
 
Fakültənin III kurs tələbələrindən Eynulla Eynullayev “Şah I Abbas və onun həyata keçirdiyi islahatlar”,  Tural Qafarov “Səfəvilərin əzəmətinin sonuncu səhifəsi - Şah II Abbas”, Murad Böyükxanov “Səfəvilər dövründə mədəniyyət”  adlı məruzələrində Azərbaycan tarixinin ən qüdrətli dövlətlərindən olan Səfəvilərin xarici, daxili siyasəti, mədəni-ictimai mühiti, həmin dövrdə aparılan islahatlarla bağlı məlumatları diqqətə çatdırıblar. 
 
Seminarın sonunda Tarix fakültəsinin magistri Anar Can Kıtay “Azərbaycan tarixi terminologiyasında dövlətin adlandırma məsələsi” adlı məruzə edib. 
 
Link kopyalandı!
Son xəbərlər